Esmeralda

Esmeralda Xəbərlər 5-02-2019, 13:51

Aras Bulut İynemli "Çukur"dan ayrılır

Aras Bulut İynemli "Çukur"dan ayrılır
“Çukur” serialının baş rol ifaçısı Aras Bulut İynemli ödənişli əsgərlikdən yararlanaraq hərbi xidmətə yollanacaq.

Bu barədə Türkiyə mətbuatında iddia səsləndirilib. İddiaya əsasən, məşhur aktyor yaxın günlərdə hərbi hissəsinə təslim ediləcək. Aktyor 21 gün “Çukur” serialına fasilə verəcək.

İddialara görə, serialda ssenariyə uyğun olaraq güllə yarası alan və səhnələrinin əksəriyyəti xəstəxanada lentə alınan Aras Bulut əsgərlikdə olduğu müddət ərzində əvvəlcədən çəkilmiş ehtiyat səhnələrlə serialda boy göstərəcək. O, 21 günlük hərbi xidməti başa vurduqdan sonra yenidən seriala qayıdacaq.

mənbə: olke.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 531 475 490 495 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.