Mammadoffa

Mammadoffa Sevgi 25-02-2019, 10:56 Lil"Orxan - Zamanla dinləyir.

Səni mənim qədər heç kim sevməyəcək...

Səni mənim qədər heç kim sevməyəcək...
Səni mənim qədər heç kim sevməyəcək...
Sənə mən söyləmədimmi?
Səni mənim qədər kimsə sevə bilməz deyə...
Sənə mən söyləmədimmi hə?
Söyləmədimmi?
Demək ki, sən mənə heç inanmamısan...
Demək ki, sən mənə heç güvənməmisən...
Halbuki mən nə çox sevmişdim səni...
Gecənin gündüzə qovuşduğu an kimi sevmişdim mən səni...
Necə yanmışdım mən sənə, həm də necə yanmışdım...
Və sən getdin... Getdin... Getdin...
Arxana belə baxmadan getdin...
O an bir atəş düşdü sanki göydən ürəyimi dağladı...
Ciyərimə yapışdı nəfəs ala bilmirəm, qəlbim ağrıyır...
Allah xətrinə, VAllah boğazım düyünlənir...
O an əlimlə bağrımı söküb atmaq istəyirəm...
Ovucuma yapışır, ovuclarım yanır...
Nəfəs ala bilmirəm canım yanır...
Bizə nə oldu? Allah xətrinə nə oldu bizə?
Mənə hüzün bağışlayıb, başqa könüllərə meyl etdin...
Sənə qarğış etmək istəyirəm, dilim gəlmir...
Bağırıb çığırmaq istəyirəm...
Qaçıb qapına gəlmək istəyirəm, ayaqlarım getmir...
Sənə söyləmişdim!
Səni mənim qədər kimsə sevə bilməz deyə...
Yenə söyləyirəm: kimsə amma kimsə mənim qədər sevə bilməz səni...
Bəzən yuxudan atılıram baxıram ətrafıma sən yoxsan...
O an... O an... O an içimə... O an içimə ağlayıram...
Göz yaşlarımı saxlamağa çalışıb kimsənin görməsini istəmirəm...
Əllərimlə silib içimə axıdıram və sonra deyirəm ki...
O məni heç amma heç sevməmiş...
Və sonra deyirəm ki, olsun mən onu çox sevdim...
Batırsa da bıçağı ürəyimə sevgim böyükdü...
Artıq alışdım, unutdum neçə zamandır unutdum...
Unutdum kresloda yatmağı və artıq alışdım sənin yoxluğuna...
İnan artıq kədərlənmirəm əvvəlki kimi desəmdə...
Böyük bir yalan!
Bax söyləyə bilmirəm. Yalanı belə söyləyə bilmirəm...
Sənin mənə illərcə söyləyə bildiyin mənim üçün çox çətin amma sənin üçün o qədər asan yalanlar...
Unutmadım, unuda bilmədim VAllah yenə deyirəm ki...
Səni mənim qədər heç kim sevmədi, heç kim sevə bilməyəcək...
Sən məni heç bir zaman sevməyəcək olsan belə yenə deyirəm...
Səni mənim qədər heç kim amma heç kim
Sevməyəcək!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
867 888 775 817 825 759

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.