VOLEYBOLL oyununun tarixi
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.
Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlamışdı. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edirdi. Dünyada ilk və hələki yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskal SSRİ qadın milli voleybol komandası |SSRİ]] milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak etdi. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxır. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olur. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Riskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur.Qürurvericidir ki bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu ünvanı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Və daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış etmişdir və onun ən böyük uğurlarında pay sahibi olmuşdur.