^^Kağızın yaranması haqqında
Kağız Miladdan sonra 105-ci ildə çinli Tsay Lun tərəfindən ixtira edilmişdir.Çinlilər bu ixtiranın sirrini uzun müddət gizli saxladılar.
751-ci ildə Tyan-Şan dağları ətəyində ərəb ordusu ilə Çin ordusu qarşılaşdı.Bu döyüşdə ərəblər bir neçə çinli kağız sənətkarını əsir götürdülər və onlardan kağız emalının sirrini öyrəndilər.Səmərqənddə kağız fabriki tikdirildi.Uzun müddət Səmərqənd kağızı dünyada ən keyfiyyətli kağız sayılmışdır.
Avropa xalqları arasında kağız istehsalını ilk olaraq ispanlar mənimsədilər.İtaliyada kağız istehsalına 1154-cü ildə,Almaniyada 1228-ci ildə,İngiltərədə 1309-cu ildə başlandı.
Azərbaycanda kağız istehsalına Avropadan xeyli qabaq başlamışlar.9-cu əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərmişdir.Sonralar bu şəhər Kağızkunan adlandırılmışdır.Böyük mütəfəkkir Fəzlullah Rəşidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirmişdi.
Müasir dövrə qədər insanlar yazı üçün kağızdan əlverişli material düşünməyiblər,buna görə Tsay Lunun adı haqlı olaraq dünyanın böyük ixtiraçılarının adı ilə bir sırada çəkilir