amon

amon Maraqlı 18-07-2016, 13:39

Mən belə olmamalıydım

Mən belə olmamalıydım
Mən belə olmamalıydım

Mən belə olmamalıydım

Adını eşidincə, başım düşməliydi çiynimə.

İçimə bir atəş düşməli idi,

Ayaqlarımın gücü kəsilməli idi.

Özümdən getməliydim sonra...

Adını sayıqlamalıydım, adımı unudanda,

Amma bunu heç kim eşitməməli idi,

Səni məhşərə qədər gizləməliydim.
Mən belə olmamalıydım,

Yaz axşamlarını isladarkən yağış

Bahar mahnılarını söyləyərkən qaranlığa

Çalınan hər qapıya "Sənsən" deyə qaçmalıydım.

Ayaq səsləri gəlməli idi uzaqdan,

Mən həmişə sənə yozmalıydım.

Gecə ulduzlarını səpincə göyə

Səni görmək üçün yatmalıydım.

Mahnılar kimə deyilirsə deyilsin,

Sənə deyə dinləməliydim.

Türkülər dolmalı idi otağıma,

"Mən bir yardan ayrıldım" deyincə bir səs

O yar sən olmalı idin.

Kömür gözlüm atəşinə düşəndən,

Sənin üçün deyilmiş söz olmalı idi.

Bir ney yoxluğuna ağlamalı idi dəli kimi,

Bir kaman, incə bir nalə olmalı idi,

Amma bunu heç kim bilməməli idi,

Səni məhşərə qədər gizləməliydim.
Belə olmamalıydım,

Sözlər Taifi daşıyınca qulaqlarıma

Hələ üzümə dəymədən Taif küləyi,

Daşların izi çıxmalı idi üzümdə.

Uhud anılarkən, dişlərimə gizilti düşməli idi.

Hərəmdə bir ikindi vaxtı

Xam gözlər çevrilincə sənə

Və vəfasız əllər uzanınca yaxana,

İçim daralmalı, nəfəsim kəsilməli idi.

Sən o tərəflərə hazırlanarkən,

O tərəflər sənin üçün bəzənərkən,

Son dəfə baxdığın pəncərədə xəyal edib səni,

Pərdənin son dəfə bağlanması kimi,

Bağlanmalı idi gözlərim.

Sonra içimə doğru gərilib,

Səni bizə lütf edənin adını qışqırıb,

"Allah (C. C.)" deyib,

Düşməliydim yerə.

Amma bunu heç kim bilməməli idi.

Səni məhşərə qədər gizləməliydim.

Və məhşər günü...

Uzaqdan səni seyr etsəm,

Sənə yaxın olmaq üçün can atsam,

Mənə mane olsalar,

"Sən kim, yaxınlıq kim?" desələr,

Mən ağlamaqdan danışa bilməsəm,

Gözlərini çevirsən mənə,

"Mənim cənnətim, mənə baxan gözlərindir"

Və təbəssüm etsən...

Amma bunu heç kim görməsə,

Səni əbədiyyətə qədər gizləsəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
568 600 580 595 579 616

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.