fidann

fidann Maraqlı 22-03-2019, 21:38

Telefonla yatmağın təhlükəsi aşkarlandı

Telefonla yatmağın təhlükəsi aşkarlandı
Bir çoxumuz gecə yatarkən telefonu səssiz rejimə keçirib, yastığımızın yanına qoyuruq. Hər an əlimizin altında olanda özümüzü daha rahat hiss edirik. Bəs sağlamlığımız?

Yatmazdan qabaq elektron cihazlarla təmasdan imtina, yüngül qida qəbulu, sağlam və keyfiyyətli istirahətin qarantıdır.

LOADİNG.AZ xəbər verir ki, bunu Con Hopkins Universitetinin Tibb Məktəbinin professoru Vsevolod Polotski deyib.

“Yuxu pozuntusu insanların uzun müddət sosial şəbəkələrdə vaxt keçirməsi ucbatından baş verir, belə ki, daimi şüalanma orqanizmin bioloji saatına mənfi təsir göstərir”, - deyə V.Polotski bildirib.

Onun sözlərinə görə, sosial şəbəkədə ola-ola yuxuya getmək, natamam yuxu, yuxu fazasının pozulması, yuxusuzluq kimi problemləri ortaya çıxmasına səbəb olub.

“Böyüklər günə azı yeddi saat yatmalıdırlar. Çarpayıda elektron cihazlardan, o cümlədən, “iPhone” və ya “iPhad”, televizor və digər qadjetlərdən istifadə etməməlidirlər. Bundan başqa, yatmazdan əvvəl ağır qidalar qəbul etmək və ya intensiv şəkildə idmanla məşğul olmaq olmaz”, - deyə alim sağlam yuxu üçün tələb olunan şərtləri açıqlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 400 438 437 409 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.