Ehmedzade

Ehmedzade İslam Dini 26-03-2019, 17:28

İslamda Novruz Bayramı Haqqında

İslamda Novruz Bayramı Haqqında

Bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruzun ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir. Lakin elələri də var ki, dini baxımdan Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində qeyd edilməsinə imkan vermir. Bəziləri isə əksinə, bu bayramın İslam dini ilə bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə çalışır.

Bununla bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, əslində Novruz bayramının İslam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri çox olduğuna görə dinimiz ona qarşı çıxmayıb: "Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Ona görə də bu bayramın yaranmasının heç dəqiq tarixi də məlum deyil. Onun İslamla bağlı olmadığı isə birmənalıdır. Lakin İslam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır. Bu təbiət bayramı baharın gəlişinin qarşılanmasını ifadə edir. Novruz bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır. İnsanlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsən insanlar barışır, bayram süfrələri təşkil olunur. Hətta ölmüş insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur. Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir. Ona görə də İslam dini bu adət-ənənəni müsbət qarşılayıb". QMİ nümayəndəsi qeyd edib ki, İslam dininə görə Novruz bayramının qeyd edilməsinin guya haram olması barədə söylənən fikirlər də yanlışdır: "İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Lakin İslam dini müəyyən bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və İslam dini ilə də heç bir ziddiyyət təşkil etmir. ( Yeri gəlmişkən Novruz bayrami münasibəti ilə sizləri öz adimnan təbrik edir, yeni gələn bahar fəslində sizlərə bol bol ruzi bərəkət arzu edirem . Bayraminiz mübarək olsun


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
791 801 751 705 789 732

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.