Ehmedzade

Ehmedzade Maraqlı 28-03-2019, 14:00

Xanımlara tövsiyə – 5 kitab

Xanımlara tövsiyə – 5 kitab

“EVERYTHING I NEVER TOLD YOU”



Bu kitab 2014-cü ildə Celeste Ng tərəfindən yazılmışdır. Amerikada bir ailənin həyatında baş verən hadisələrdən, faciədən və xaosdan söhbət açılır. Süjet xətti ailənin sevimli qızı olan Lydianın cəsədinin göldə tapılması ilə başlayır…

“GOLDFINCH”




Əsərin müəllifi məşhur yazıçı Donna Tarttdır. 2013-cü ilin sentyabrında işıq üzü görən bu kitab dram mövzusunda “Pulitzer” mükafatına layiq görülmüşdür. 2019-cu ildə kitab haqqında eyniadlı film də tamaşaçılara təqdim olunacaq. Əsərdə New-Yorkda yaşayan 13 yaşlı oğlanın başına gələn hadisələrdən bəhs edilir.

“LAND OF LOVE AND DROWNING”




Tiphanie Yanique əsəri 2014-cü ildə nəşr edilmişdir. 1900-cü illərin əvvəllərində Virgin adaları Danimarkadan Amerika tabeliyinə keçirilmişdir. Kitabda həmin illərdə gəmi batması nəticəsində valideynini itirərək yetim qalan iki bacı və bir qardaşın rastlaşdıqları insanlardan və gələcəklərindən bəhs edilir.

“BOY, SNOW, BIRD”



Britaniyalı yazıçı Helen Oyeyemi tərəfindən yazılan əsər 2014-cü ildə oxuculara təqdim olunmuşdur. Yazıçının 5-ci əsəridir. Kitab gənc ağdərili qızın kiçik şəhərə gəlməsi ilə başlayır. Qeyd edək ki, burada Boy həmin qızın adıdır (Boy Novak). Süjet xəttində Amerikadakı rasizmdən də söz açılır.

“HER”



2013-cü ildə nəşr edilən əsərin müəllifi Christa Parravanidir. Əsər bioqrafiya və avtobioqrafiya janrlarındadır. Şəxsiyyət və sevgi xatirəsi hesab olunur. Gözəl və narahat gənc qadın faciəvi şəkildə ölür, onun əkizi isə həyatda qalmaq üçün mübarizə aparır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 506 566 461 538 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.