Ehmedzade

Ehmedzade Hekayələr 28-03-2019, 18:45

Sən məni niyə sevmədin

Sən məni niyə sevmədin

Yenə dostlar arasında özümüz üçün elə danışırığ, aile söhbəti açıldı.Gözəl onlarla xatirə saçıldı ortaya, susdum.Balacaykən etdiyi şeyleri danışdılar sırayla insanlar, sən mənimkiləri xatırlamadın ki danışasan mənə, susdum yenə. İlk addımlarını ilk ana deyişlərini danışdı masadakılar heç olmasa bunu xatırlasaydın...Birdən biri sən nələr etmisən uşaqlığında dedi.Məktəbdə böyüyəndə nə olacaqsan dediklərində ana olacam demişdim dedim, səhnədə oxuduğum ilk mahnı ana sevgisiylə bağlıydı və ilk imla yazımda hər şeyi düzgün yazıb ana sözünü səhv yazmışdım amma bunları demədim onlara nədənsə... Ən sevdiyim dostum anam idi;mənlə maraqlanmasa da, ən sevdiyim nağıl bir kenquru nağılıydı, anasının onu sevmədiyini düşünən kenquru çobanyastığı falıyla anam məni sevir, sevmir deyərkən ana kenquru ona sarılıb sevir deyərək nağılı sonlandırırdı.Mən səni hər şeydən çox sevərdim, sevdim də ana,sən məni niyə sevmədin?


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 531 492 515 498 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.