Secret Life of Pets (Ev heyvanlarının gizli həyatı) 2017-ci ildə maraqla izlədiyimiz animasiyanın bu il ikinci hissəsini gəlir. Ev heyvanlarının başına gələn macəraların davamını 7 iyun tarixindən kinoteatrlarda izləyə biləcəyik.
Toy Story 4 (Oyuncaq mağazası 4) Bu animasiyanın ilk hissəsinin 1995-ci ilin noyabrında tamaşaçılara təqdim edildiyini yəqin ki, çoxumuz bilmirdik. Növbəti hissələri 1999 (Toy Story 2), 2010-cu (Toy Story 3) illərdə çəkilən filmin dördüncü seriyasını bu ilin iyun ayında izləmək fürsətimiz olacaq.
Frozen 2 Bir ay öncə treyleri yayımlanan Frozen 2 animasiya filmini izləmək üçün bu ilin payızını gözləməliyik.
Angry Birds 2 (Əsəbi quşlar 2) Bu yay izləyə biləcəyimiz animasiyalar sırasında Angry Birds 2 də var. İki il əvvəl birinci hissəsi təqdim olunan filmin ikinci hissəsi də böyük maraqla gözlənilir. Bu dəfə daha əsəbidilər, deyəsən.
UglyDolls (Çirkin kuklalar) Film 2019-cu ilin may ayında tamaşaçılara təqdim olunacaq. Animasiyadakı qəhrəmanları səsləndirən məşhurlar arasında amerikalı müğənni Bibi Reksa da var.
Sonic the Hedgehog Uşaqlığımızın əvəzedilməzi Sonik 2019-cu ilin noyabrında geri dönəcək. Doktor Eqman obrazını sevimli aktyor Cim Kerri səsləndirib. Uşaqlığı Sonik cizgi filmi və Sega oyunu ilə keçən 90-lar bu animasiya filmini qaçırmasın deyərdim. Treyler hələ ki, yayımlanmayıb, konsept tizeri sizinlə paylaşırıq.
The Lion King (Kral şir) Walt Disney Studiosunun bizə böyük sürprizi – Kral şir 25 il sonra geri qayıtdı. Cizgi filmini izlədiyimiz zaman keçirdiyimiz hissləri yenidən yaşamaq üçün iyul ayını gözləməliyik.
[media=https://youtu.be/4CbLXeGSDxg]
POKÉMON: Detective Pikachu (Pikaçu) Daha bir klassika! Rayan Qoslinqin səsləndirdiyi, bir zamanların əfsanəsi sayılan qəhrəman Pikaçu uşaqlığı üçün darıxanları sevindirəcək. İlk treyleri 2018-ci ilin noyabrında yayımlanan animasiyanı 2019-ci ilin mayında kinoteatrlarda izləyə biləcəyik.