Esmeralda

Esmeralda Mətbəx 29-03-2019, 15:10

Asan və dadlı pudinq

Asan və dadlı pudinq
İsti yay günlərində asan və tez hazırlanan sərin təamlara ehtiyac duyulur. O zaman bu çiyələkli pudinq tam sizə uyğundur.

Loading.az axşam.az-a istinadən çiyələkli pudinqin hazırlanma qaydasını sizlərə təqdim edir:

Tərkibi:
500 qr çiyələk

4 stəkan süd

2 stəkan şəkər tozu

1 çay qaşığı kərə yağı

2 çay qaşığı nişasta

1 xörək qaşığı limon likörü

1 paket vanil

1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

Südü bi qazana tökün. Ardınca çiyələkləri də əlavə edib 10 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirin. Şəkər tozu və yağı da töküb 5 dəqiqə qaynadın. Nişastanı qatıb qatılaşana qədər gözlədikdən sonra isə likör, vanil və yumurta sarısını da əlavə edin. Pudinqi hazırladığınız qazanı su ilə dolu başqa bir qazanın içinə qoyun. 30 dəqiqə qaynadıb pudinqi çiyələklərlə bəzəyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
522 509 515 426 535 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.