_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 29-03-2019, 19:20

BMW i4-ün bəzi xüsusiyyətləri açıqlandı

BMW i4-ün bəzi xüsusiyyətləri açıqlandı

SUV avtomobil bazarına ciddi bir giriş etməyi planlaşdıran BMW, i4-ün texniki xüsusiyyətləri haqqında məlumat yayımladı.

Belə ki, elektrik enerjisi ilə çalışan avtomobil bazarında söz sahibi olmağı planlaşdıran BMW bu məqsədlə 2025-ci ilə qədər 12 fərqli bu tip avtomobillər istehsal etməyi planlaşdırır. Bununla belə şirkət İsveçin Arjeplog şəhərində sınaq mərkəzində işləyən i4-ün texniki xüsusiyyətlərini açıqlayıb.

Tesla Model 3-lə rəqabət etməsi gözlənilən avtomobilin özəllikləri 4 qapılı və orta seqmentli avtomobil olaraq qiymətləndirilərək "dinamik dizaynı, ilham verici performans və rahatlığı özündə birləşdirir"-deyə qiymətləndirilir. Şirkətin 5-ci nəsl eDrive texnologiyası ilə istehsal edəcəyi avtomobil 600 kilometr mənzil yol ala biləcək.

Elektrik mühərrikləri yalnız 4 saniyədə 0-dan 100 kilometrədək sürət yığacaq və avtomobilin maksimal sürəti 200 kilometrdən artıq olacaq. BMW i4 istehsalı 2021-ci ildə Münihdə BMW zavodunda reallaşacaq.

Qeyd edək ki, BMW-nin qabaqcıl elektrik enerjisi ilə çalışan avtomobili iNext SUV da oxşar bir mənzilə sahib olacaq. BMW-nin öncədən açıqladığı hədəf 700 km-dir. iNext 3-cü səviyyəli avtonom rejim və son bağlantı texnologiyaları ilə təchiz olunacaq. BMW 2021-ci ildə Almaniyanın Dingolfing şəhərində bu avtomobil istehsal edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
643 686 622 552 655 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.