_Yene_Tenha_

_Yene_Tenha_ Maraqlı 29-03-2019, 20:00

İtaliyada "Qadınlar adası" satılır - 1 milyon avro...

İtaliyada "Qadınlar adası" satılır - 1 milyon avro...

Siciliya sahillərindən 300 metr məsafədə, həmçinin Palermo yaxınlığında yerləşən "Qadınlar adası" ("Isola delle Femmine") 1 milyon avroya satılır.

Bu şəxsi mərcan adasının qiyməti əvvəlcə 3,5 milyon avro idi, lakin heç kimin marağına səbəb olmadığını görən sahibləri qiyməti 1 milyon avroya qədər aşağı salıblar.

Adanın sərmayəyə ehtiyacı var, belə ki, ərazidə yalnız XVII əsrə aid yarıdağılmış daş qüllə var.

Ada ilə bağlı əfsanədə deyilir ki, qədim dövrlərdə evlərindən qovulmuş 13 türk qadın adaya sığınıb və burada xoşbəxt ömür sürüblər. "Qadınlar adası" adı da elə bu əfsanədən götürülüb.

"Isola delle Femmine"
dayvinq üçün əlverişli yer kimi də tanınır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 465 390 390 428 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.