_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 30-03-2019, 11:17

Yeni BMW X3 M və X4 M

Yeni BMW X3 M və X4 M
BMW şirkəti yolsuzluq avtomobilləri X3 və X4-ün M idman versiyalarının onlayn təqdimatını keçirib. Bu krossoveri adi X3 və X4-dən fərqləndirmək üçün M-versiyalara qara radiator barmaqlığı quraşdırılıb, avtomobillərin qabaq hissələri daha aqressiv olub, hava çıxıntıları daha da böyüdülüb, həmçinin güzgülərin qapaqları daha aerodinamikdır, arxada isə unikal diffuzor var.

Qaz buraxma sistemi də standartdan fərqlənir və 4 boru ilə təchiz edilib. Digər təkmilləşdirmələr arasında xüsusi M-spoylerləri, əlavə ban rənglərini və 20-düymlük təkər disklərini qeyd etmək lazımdır.

X3M və X4M-in əsas fərqli cəhəti, əlbəttə ki, kapotun altında dayanır - bu, 3-litrlik, 6-silindrli, iki turbo yükləyicili mühərrikdir ki, o, 473 a.g. və 598 Nm fırlanma anı verir.

Mühərrik M-versiya üçün məxsusi olan 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır. Bu güc qurğusu krossoverləri 0-dan 100 km/saata 4,1 saniyəyə sürətləndirir, maksimal sürət isə 280 km/saatdır.


Daha böyük məhsuldarlıq almaq istəyənlər üçün isə BMW X3 və X4 M Competition istehsal edib - onlarda eyni mühərrik quraşdırılıb, lakin 503 a.g. və 598 Nm fırlanma anı verir. Nəticədə, yerindən 100 km/saata sürətlənmə 4 saniyəyə baş verir, maksimal sürət isə 284 km/saatdır.

Bundan əlavə, modellər daha yaxşı idarəetmə, gücləndirilmiş qabaq və arxa asmalar, fəal M-differensial, uyğunlaşdırılmış asılqan, yüksək effektli əyləc sistemi, qabaqda 395 mm, arxada isə 370 mm-lik ventilyasiya olunan disklər alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
710 746 630 606 596 607

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.