♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 1-08-2016, 19:30

Səhvim

Səhvim
Səhvim

Düz yol getmək istəsən, səhvlərini əzizlə,
İnandığın dostların məsləhətin sən, Izlə,
Səhvin olan yolları ot-alaqdan təmizlə!
Qorxma səhvin olarsa, gəl, yenidən düzənlə.

Həyat sınaq meydanı, çox görünməz tələ var,
Səndən xəbərsiz yolda, bilinməyən dərə var.
Çox inandığın kəsdə , olmayan bir ürək var.
Qorxma səhvin olarsa, gəl, yenidən düzənlə.

Möhkəm olsan bu yolda, niyyətinə çatarsan,
Sevdiyin bu sənətin, yaddaşında qalarsan,
Olmasa, heç olmasa, yenə qiymət alarsan,
Qorxma səhvin olarsa, gəl, yenidən düzənlə.


Niyyət mənzil başında, ömrün gözəl yaşında,
Duyğu qəlbin qaşında, gözü ömrün yaşında,
Anladıqca bilərsən, çox sevdanın başında,
Qorxma səhvin olarsa, gəl, yenidən düzənlə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
631 685 654 633 610 706

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.