Söz önəmli deyil bəlkə

Söz önəmli deyil bəlkə
Könül şair adı üçün
Söz önəmli deyil bəlkə
Şair adı dadı üçün
Söz önəmli deyil bəlkə
Oydun canı göz yaratdın
Ürəyində köz yaratdın
Baş sındırıb söz yaratdın
Söz önəmli deyil bəlkə
Ha çırpındın ha yana sən
Gedər bildin hayana sən
Ha alışıb ha yanasan
Söz önəmli deyil bəlkə
Önəmli bir hünər düşün
Od ataşın sönər düşün
Bir azca da dinar düşün
Söz önəmli deyil bəlkə
Məna dərin öndü sözün
Əmrah deməz söndü sözün
Xəzinəyə döndü sözün
Söz önəmli deyil bəlkə

Könül şair adı üçün
Söz önəmli deyil bəlkə
Şair adı dadı üçün
Söz önəmli deyil bəlkə
Oydun canı göz yaratdın
Ürəyində köz yaratdın
Baş sındırıb söz yaratdın
Söz önəmli deyil bəlkə
Ha çırpındın ha yana sən
Gedər bildin hayana sən
Ha alışıb ha yanasan
Söz önəmli deyil bəlkə
Önəmli bir hünər düşün
Od ataşın sönər düşün
Bir azca da dinar düşün
Söz önəmli deyil bəlkə
Məna dərin öndü sözün
Əmrah deməz söndü sözün
Xəzinəyə döndü sözün
Söz önəmli deyil bəlkə







