Ümidli gözəl

Ümidli gözəl Sağlamlıq 1-04-2019, 00:26

Qəhvədə prostat xərçənginin dərmanı tapılıb

Qəhvədə prostat xərçənginin dərmanı tapılıb
Yaponiyanın molekulyar bioloqları qəhvə dənələrində prostat xərçənginin müxtəlif tiplərini, o cümlədən çarəsi olmadığı sanılan növlərinin inkişafını yavaşladan, hətta dayandıran maddələri aşkarlayıblar.

Loading.Az faktxeber.com-a istinadən bildirir ki, onlar bu barədə Barselonada Avropa Uroloqiya Asossasiyasının Konqresində bəyan ediblər.

"Bu, çox vacib və maraqlı ixtiradır, lakin insanları qəhvə içməyə məcbur etmək lazım deyil. Bu içkinin müsbət olduğu kimi mənfi xüsusiyyətləri də var. Digər tərəfdən biz iddialarımızı təsdiqləsək və bu maddələrin necə işlədiyini anlasaq, "məğlubedilməz" prostatın ilk dərmanını ala bilərik", - deyə Kanadzavı Universitetindən Atsuşi Mizokami bəyan edib.

Qeyd edək ki, kişilər arasında şişin ən geniş yayılmış növlərindən olan prostat xərçəngi ürək-damar, ağ-ciyər xərçəngi və melanomadan sonra ən çox ölümə səbəb olan xəstəlikdir. ÜST-ün məlumatına görə 65-70 yaşdan sonra hər 7-ci kişi xərçənxgin bu növündən əziyyət çəkir. Xəstəliyin digər növlərində olduğu kimi, bunda da pasiyentin həyatı onun nə qədər tez müəyyən olunmasından asılıdır.

Tibb işçilərinin sözlərinə görə,prostat xərçənginin statistikası ilə bağlı məlumat toplanarkən qəhvə sevərlərin digərlərinə nisbətən şişin bu növündən 11 faiz az əziyyət çəkməsi onların diqqətini cəlb edib.

Alimlər dərhal təcrübəyə başlayıblar və məlum olub ki, qəhvədə olan iki maddə -kafestol və kaveol güclü xərçəng əleyhinə xüsusiyyətə malikdirlər. Onların kambinasiyası prostat xərçənginin ən "məğlubedilməz" növlərinin inkişafını iki dəfə azaldıb. Bundan başqa, bu birləşmələrin yüksək konsentrasiyası şişin daha az dözümlü növünün hüceyrələrini məhv edib.

Onların necə işlədiyini alimlər hələ müəyyən edə bilməyiblər,bununla belə ən yaxın vaxtlarda bu maddələrin fəaliyyət sirini açmağı planlaşdırırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 443 466 496 516 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.