_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 1-04-2019, 11:03

Mitsubishi-dən yenilənmiş ASX

Mitsubishi-dən yenilənmiş ASX
Rəsmi fotolara əsasən demək olar ki, SUV-un xarici görünüşü yenilənib. Yeni formada optika və barmaqlıq qabaq hissənin X-şəkillə görünüşünü daha parlaq edir. Duman əleyhinə və dönmə işıqları üçün bamperin ətrafında böyük yerlər ayrılıb. Kapot da dəyişilib. Arxa hissədə T-şəkilli əlavələri olan yeni fənərlər quraşdırılıb ki, onlar Volvo-nu xatırladır.

Mitsubishi-nin interyerində yeni multimedia displeyi var ki, bahalı versiyada onun ölçüsü 7-dən 8-düymədək artıb. Sistem özü də təkmilləşdirilib. İstehsalçılar ən müasir Tom Tom 5 naviqasiya sistemi və smartfonlarla işdə daha geniş imkanlar vəd edirlər - o cümlədən onlayn. Bundan əlavə, bu sistem USB-daşıyıcılardan video da oxuya biləcək.

Güc qammasına hər silindr üçün 4 klapanı olan 2,0-litrlik benzin mühərrik daxildir. ASX versiyası ilə ABŞ, Çin və Rusiyada tanınan versiya artıq Avropada da əlçatan olacaq. Təkmilləşdirildikdən sonra nə qədər gücə malik olacağı barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, sürət qutusu ya 5-pilləli mexaniki, ya da 6-pilləli variator olacaq. O, qabaq və ya tam ötürücü alacaq.

Mitsubishi mart ayının əvvəllərində Cenevrədə debüt edəcək, Avropada isə cari ilin ikinci yarısında satışa çıxarılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 586 477 538 576 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.