♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 2-08-2016, 08:30

Gözləyir

Gözləyir
Gözləyir

Baxışların nə söylədi,susmusan-
könlündəki o sevdanı göz dedi...
Yanıb-yanıb,ürəyində qovrulan,
alov dedi,atəş dedi,köz dedi...


Elə baxma,baxışların odunda,
alışmağa yoxdu daha taqətim...
Ürəyimin şan-şan olub hər yeri,
çiliklənib bu kövrək məhəbbətim!...

Bu ürəyin atəşinə yanmağa,
inanmıram,sənin ola dözümün...
Gözlərimin giləsində yanğı var,
ürəyimdən xəbərim yox özümün!...

Kirpiklərin kölgəsində gizlənib,
ala gözlər məhəbbətə səsləyir...
Gözlərimi qaldırmağa qorxuram,
xəlvət-xəlvət baxmağımı gözləyir!...

İlk eşqimin sorağında qalmışam,
həmdəmim yox,ürəyimi söyləyim!...
Məhəbbətin atəşinə düşmüşəm,
haqdan gələn bu bəlaya neyləyim!...


Elə baxma gözlərimə;məhəbbət
ürəyimin atəşindən qor alar...
Elə baxma,bu ağrılı gözlərim,
gözlərinin şəfəqindən kor olar!...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
623 664 620 632 677 590

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.