Ayranlı jele

Tərkibi:
meyvə sousu:
400 q giləmeyvə
100 q şəkər tozu
0,5 st. su
1 limonun şirəsi
jele:
1.5 st. süd
1 vanil çubuğu
1.5 st. ayran
2 paket çiyələk jelesi (toz)
Meyvə sousu üçün giləmeyvələri (dondurulmuş da olar) tavaya qoyub üzərinə şəkər tozu və su tökün. Şəkər tozu əriyib meyvələr yumşalanadək bişirin. Ocaqdan götürüb limon şirəsi əlavə edin.
Jele: Südü qazana töküb vanil çubuğunu içinə atın, ocaqda qızdırın. Sonra vanil çubuğunu çıxarıb südü ocaqdan götürün, soyudun. İlıq hala gələndə ayranla çiyələk jelesini (toz halında olan) əlavə edib jele əriyənədək mikserlə çalın. Jeleni kremankalara paylaşdırın. Ən az 6 saat soyuducuda saxlayın.
Süfrəyə verərkən üzərinə meyvə sousu gəzdirin.
Nuş olsun!