amon

amon Sevgi 25-07-2016, 16:30

Mən sənin yanına gələcəyəm

Mən sənin yanına gələcəyəm
Mən sənin yanına gələcəyəm

Mən sənin yanına gələcəyəm, Mütləq gələcəyəm. Gözləsən də, gözləməsən də, Hətta istəsən də, istəməsən də. Gəlib səni görəcəyəm, Əllərindən tutacağam. Gözlərinə baxacağam, Mütləq gələcəyəm.

Yolçuluq necə keçirsə keçsin, gələcəyəm. Duyğularımı kilidləyib, hisslərimi ürəyimə həbs edib gələcəyəm. Ya kədərli bir mahnı olacaq bu görüşümüz, ya da oynaq, ritmli. Bəlkə üz cizgilərimdə qırışlar olacaq qədər zaman keçəndən sonra gələcəyəm və o zaman yəqin ki saçlarımdakı bəyazları görməyəcəksən, onlar rəngli olacaq.


Axı mən arzumdan kənara qala bilmərəm, axı mən arzumu görmədən yaşaya bilmərəm. Həyatımı, yaşam tərzimi dəyişək qərar verəndən sonra gələcəyəm. Vidalaşmaq üçün gələcəyəm, Bilirəm mənim üçün ağır olacaq. Bilirəm ürəyim parçalanacaq, amma gələcəyəm.

Bəs sən o zamana kimi məni gözləyəcəksən ?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
864 810 718 729 706 681

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.