May ayının 7-si müqəddəs Ramazan ayının 1-dir
Uca ALLAHın adı ilə
Mübarәk ramazan ayının hilalının bu gün, bazar günü, şәban ayının 29-u məğrib zamanı cihazsız gözlә görünmәsi Ayәtullah Sistani cәnablarının yanında sübuta yetmәdiyinә görә Sistani cәnablarının fәtvasına görә, sabah, bazar ertәsi şaban ayının son günü, çәrşәnbә axşamı isә mübarәk ramazan ayının 1-i olacaq.
Bu mübarәk ayda Allah-taaladan hamı üçün müvәffәqiyyәt arzulayırıq.
Ayәtullah Sistaninin rəsmi dәftәrxanası
Ramazan ayının ilk günü – mayın 7-dir
Sabah – may ayının 6-sı – Şaban ayının 30-cu günüdür. Mübarək Ramazan ayının ilk günü may ayının 7-dir, inşəallah.
Böyük mərcəyi-təqlid müctəhidlərin nəzarətində olan yeni Ayın müşahidəsi uzrə İstihlal müəssisələrinin bununla bağlı birmənalı açıqlamaları olmuşdur.







