♥Мой Мир♥

♥Мой Мир♥ Mətbəx 26-07-2016, 16:00

Tezbazar hazırlanan Limonlu Bulkalar

Tezbazar hazırlanan Limonlu Bulkalar
Tezbazar hazırlanan Limonlu Bulkalar

Ərzaqlar:
Şəkər tozu – 200 qr.
Yumurta - 2 ədəd
Limon - 2 ədəd
Süd -100 ml.
Bitki yağı – 100 ml.
Un – 200 qr.
Qabardıcı toz – 10 qr.

Hazırlanması:
Şəkər tozu və yumurtanı mikserlə çalın. Kütlə açıq rəng və kopük kimi olmalıdır. 2 limonu sürtgəcdən keçirin və şirəsini sıxın. Ayrıca qabda yağ, süd, limonun suyu və qabığını qatıb, yaxşıca qarışdırın. Çalışın ki, yağ ən yaxşısından olsun, bulkanın əsas dadı yağdan asılıdır.İndi südlü qarışığı yumurtalı kütlənin üzərinə hissə-hissə tökməklə, müntəzəm qarışdırın. Sonra un və qabartma tozunu əlavə edib, xəmiri hazırlayın. Xəmir azca duru olmalıdır.Bulka üçün müxtəlif formaların içini kərə yağı ilə yağlayın, formalara xəmirdən tökün. Çalışın ağzına kimi dolmasın, çünki bişərkən qalxacaq. 180 dərəcədə 10-12 dəqiqə, üzəri qızarana və ortası qabarana kimi bişirin.Sobadan çıxarıb, 2 dəqiqə sonra formadan çıxarıb tam soyudun. Üzərinə qənd kirşanı səpib, azca limon suyu sıçradın. Bu bulkaların dadını daha qabarıq edəcək.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
680 673 591 601 601 641

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.