Love Angel

Love Angel Əyləncə 26-05-2019, 10:52

Gülməli sitatlar :D

Gülməli sitatlar :D

Mənə "Odunsan" deyən qıza, "Odunam, ancaq bir tək sənin üçün yanaram" dedim, qız yenidən mənə aşiq oldu.

Münasibətdə ən ideal mübahisə:
-Rədd ol burdan!
-Özün rədd ol!
-Yaxşı, gəl birgə rədd olaq.

Əslində daxilimdə çox ağıllı biri yatır...problem də budur elə, yatır.

Kişi tayfasının yalançısı yox, yalan söylərkən yaxalananı daha pisdir. Həm yalançı həm də bacarıqsız.

Qadınlar günü əslində 6 Martdır. Sadəcə qadınların bəzənib hazırlanması uzun çəkir deyə, 8 Martda qeyd edilir.

Nə qədər diyeta saxlayirsan saxla arıqlamırsan. Kilo atırsan, atırsan elə bir dəri bir göbək qalır.

Əsl kişi qadın üşüyəndə ona öz paltosunu verməz, həmən gedib yenisini alır. Kasıb kasıb centlimenlik etməyin.


Bir qadın səni 2 qaşını qaldırıb dinləyirsə, elədiyin qələti anlamağa çalışır. 1 qaşını qaldırıb dinləyirsə, anlamışdır artıq...keçmiş olsun!

Münasibət müddəti:
-Səni tanımaq istəyirəm.
-Səni çox yaxşı tanıyıram.
-Səni artıq tanımıram.
-Səni tanıdığım günə lənət olsun.

Özümü bu gün hər gün süfrəyə qoyulan, amma yeyilməyən mürəbbə kimi hiss edirəm.

Bir qadına "işim var" amma nə işiniz olduğunu demədinizsə, təbriklər artıq bir işiniz daha var

Telefon əlindən heç düşmür deyənlərə sinir oluram. Niyə düşsünki? Pul vermişəm düşüb yerə sınacaq. Bütün manyaklar da məni tapır.

Bu ağcaqanadlar qan deyil yağ içsəydi indi manken olmuşduq.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
736 739 744 674 767 593

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.