1. Fiziki fəaliyyətin yetərli olmaması Nəzərdən keçirildikdə fiziki fəaliyyət yorğunluğa səbəb olur, lakin tək təsiri bu deyil. Vücudumuzun aktivliyini qoruya bilən fiziki fəaliyyətlər, vücudunuzun ehtiyacı olan enerjinin toplanmasında da böyük rol oynayır. Elmi cəhətdən də fiziki fəaliyyətsiz keçən günün ardından yorğun oyanmanın baş verdiyi sübut olunmuşdur.
2. Kofein istifadəsi Bir çoxumuzun yuxu qaçırmaq üçün kofein istifadə etdiyi inkar olunmayan bir gerçəkdir. Kofein dərs hazırlayarkən, ofisdə və ya hər hansı bir səbəblə yuxusuz qalmağa kömək edən olduqca yaxşı vasitədir, amma gündüz istehlak etdiyimiz kofein gecə yatanda yatmamızın keyfiyyətini müəyyənləşdirir.
Kafein gün ərzində beyində adenozinin yığılmasını blok edir. Adenozin isə yuxumuzun gəldiyini hiss etməmizi təmin edən komponentin adıdır.
3. Zehni yorğunluq, stress Olduğumuz cəmiyyətdə demək olar hər kəsin günlük stressi vardır. Sağlamlıq baxımından diqqət etmədiyimiz stress və depressiya yuxu kefiyyətimizə ciddi şəkildə təsir edir. Beləliklə stress və depressiyanın yaratdığı gərginlik dolayı yolla yuxusuzluğa yol açır.
4. Yanlış qidalanma Yorğunluğun səbəblərindən biri də yanlış qidalanma vərdişləridir. Balanslı bir pəhriz qan şəkərinizi normal sərhədlər içərisində tutacağı üçün halsız hiss etmənizə də mane olur. Daima səhər yeməyi yeyin. Hər yeməkdə bolca protein və karbohidratlardan faydalanmağa çalışın. Daimi enerji üçün gün ərzində kiçik qidalar və qəlyanaltılar da yeyə bilərsiniz.
5. Digər təsirlər Yuxarıda qeyd etdiyimiz 3 səbəbdən başqa tibbi problemlər də yorğunluğa yol aça bilər. Bunlar dəmir əksikliyi, tiroid problemləri və diabet kimi xəstəliklər ola bilər. Əgər qeyd etdiyimiz 3 səbəbdən biri deyilsə həkimə getməyiniz tövsiyə olunur.