Ehmedzade

Ehmedzade Maraqlı 26-05-2019, 18:00

NASA araşdırması: Ay kiçilir

NASA araşdırması: Ay kiçilir

Ayla bağlı yeni xüsusiyyətlər “Mare Frigoris” adlı bir bölgədə kəşf edildi. Yeni araşdırmalar Ayın həqiqətən də kiçildiyini göstərir.

NASA Ayın səthində istilik itirərkən və kiçildikcə meydana gələn qırışları öyrənmək üçün Ay Kəşfi Orbit Kameralarından (LROC) əldə edilən görüntüləri istifadə etdi.

Soyuq dəniz olaraq tanınan Mare Frigoris Ayın şimal qütbünə yaxın alimlərin dərindən öyrəndiyi ərazidir. Ayın üzərində olan təpə və çuxuları göstərən 12 000-dən çox görüntünü izləyən alimlər bu qırışları Ayın digər tərəfində də aşkar etdilər. Daha əvvəl tədqiqatçılar qırışların bu bölgədə aktiv olmadığını düşünürdülər. Hövzələrdəki geoloji hərəkətlərin 1.2 milyard il öncə sona çatdığı düşünülürdü, ancaq yeni çıxan məlumatlar bəzi qırışların 40 milyon il əvvələ aid olduğunu göstərir. Bu hal geoloji olaraq yeni sayılır.

Bizim dünyamızda bu qırışlar Yer qabığının hərəkət etməsi ilə yaranan tektonik proseslərdən sonra meydana gəlir, lakin Ayda bu proses daxili hissələrin kiçilməsinə səbəb olan istilik itkisindən qaynaqlanır.

NASA tədqiqatçısı Nathan Williams “Ay hələ də özünü soyudur, milyard illərdir istilik itirir və kiçilir.” – deyib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 479 431 460 471 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.