Ehmedzade

Ehmedzade Xəbərlər 2-06-2019, 15:43

Xalq artistindən "Aygün şou" - FOTO

Xalq artistindən "Aygün şou" - FOTO

Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib.

Pop-diva “Aygün şou” adlı proqramda sevilən və hit mahnılarını təqdim edib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən konsertdə Kazımova səhnəni balacalarla bölüşüb. Bu günə xüsusi olaraq hazırlanan şouda xalq artisti 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə möhtəşəm perfomans sərgiləyib.

Aygün Kazımovanın illərdir sevilən mahnıları, eləcə də repertuarından olan yeni nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouya əlavə rəng qatıb. Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən möhtəşəm şou parkda dincələnlərin-uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.

Xalq artistindən "Aygün şou" - FOTO


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 504 451 448 455 463

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.