amon

amon Şeirlər 30-07-2016, 15:51

Bir daha səninlə oynamaq istəmirəm

Bir daha səninlə oynamaq istəmirəm
Bir daha səninlə oynamaq istəmirəm
Bilirdik bir oyundur oynadığımız.
Bir daha səninlə oynamaq istəmirəm.
Hər dəfə udan mən olsam da bu oyunu
yenə səninlə oynamaq istəmirəm.

Bir daha səninlə oynamaq istəmirəm
Diqqətlə baxardıq güzgüyə.
Hər baxdığımızda gözlərimizdə səni görərdik.
Bir daha səni görməmək üçün
daha baxmaq istəmirəm mən o güzgüyə.

Bir daha səninlə oynamaq istəmirəm
Axan qanımız da bir olsun deyə
barmağımızı deşib qanımızı birləşdirərdik.
Artıq qanımızın rəngi eyni olmasın deyə
mən damarımda qırmızı qan istəmirəm.

Bir daha səninlə oynamaq istəmirəm
Kart da,nərd də,şahmat da, daş da sənin olsun.
Oynadığımız bütün yerləri də sənə verirəm.
Al,bütün oyuncaqlarım da sənin olsun.
Mən daha səninlə oynamaq istəmirəm.

Bir daha səninlə oynamaq istəmirəm
Atdığım oxlar,daşlar,qar topular qayıdıb ürəyimə dəydi.
Sanki mən səni deyil özümü vurdum.
Daha həyatdan da küsmüşəm,zamandan da.
Mən onların oyununu oynamaq istəmirəm.


Heç vaxt oyunumuzun qaydalarını bilməmişəm.
İlk dəfə idi oynayırdım.Hardan bilərdim ki...
Bir daha oynamağa gücüm yox artıq.
Daha get, nə olar bir daha oynamaq istəmirəm.


Bir daha səninlə oynamaq istəmirəm
Daha mən heç bir oyunu sevmirəm.
Kimsə ilə də bu oyunu oynamaq istəmirəm.
Bir daha səninlə oynamaq istəmirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
766 843 853 675 784 638

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.