muradli_02

muradli_02 özünü 🤗 möhtəşəm hiss edir. Müxtəlif 21-06-2019, 10:29

İnsan haqqında ən ağılasığmaz faktlar

İnsan haqqında ən ağılasığmaz faktlar

İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqram təşkil edir.

BMT ekspertlərinin məlumatına görə, A vitamininin çatışmazlığı üzündən hər il dünyada 2 milyona yaxın 5 yaşında uşaq ölür.

Dörd yaşlı uşaq gün ərzində təxminən 450 sual verir.

İnsan sutka ərzində təxminən 23 min dəfə nəfəs alıb verir.

Bir saniyə ərzində insanın beynində 100 min kimyəvi reaksiya baş verir.

İnsan səhər tezdən axşama vaxtına nisbətən səkkiz mm hündür olur.

İnsanın 20 süd dişi var.

Mövcud olan məlumatlara əsasən, 1967-ci ildən 1988-ci ilə qədər Zimbabvenin Bindura şəhərindən olan K.Kilner hamıdan çox, 565 939 ədəd həb dərman içib.

1923-cü ildə Böyük Britaniyalı Samuel Devidsona ən azı 78 900 insulin inyeksiyası vurulub.

Təcrübələr zamanı çılpaq kişilərin dözdüyü ən isti hava şəraiti 204 dərəcəyə, geyimli vəziyyətdə isə 260 dərəcəyə çatıb. Bifşteksin qızarması üçün yalnız 163 dərəcə lazımdır. Buna nisbətən daha asan dözülən hərarət saunalardadır: 140 dərəcə.

Haon adlı bir şəxs dayanmadan 2500 ədəd oxuduğu kitabı xatırlayıb.

Usta toxucu qara rəngin 100 çalarını seçə bilir.

Skeletdə 200 sümük və 630 skelet əzələsi var.

Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdığı zaman isə saatda 170 kilometr təşkil edir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 637 601 635 577 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.