Ümidli gözəl

Ümidli gözəl Maraqlı 26-08-2019, 22:05

İnstaqram bunu bacaranlara pul mükafatı verəcək

İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Məşhur İnstaqram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb.

Technote xəbər verir ki, 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə "Facebook" şirkəti pul mükafatı verməyə başlamışdı.

İnstaqram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata görə, "Facebook"da sistem boşluğunun aşkar edilməsinə görə verilən pul mükafatının orta həcmi 1500 dollardır. Hələ avqustun əvvəlində məlum olmuşdu ki, İnstaqram irimiqyaslı istifadəçi məlumatlarının sızdırılmasına yol verib. Belə ki, "Hyp3er" adlı marketinq şirkəti Instagram istifadəçilərinin yerləşdikləri yerləri izləyir və Instagram qaydalarına zidd olaraq istifadəçilərin hesablarındakı məlumatları və "Stories" paylaşımlarını özündə saxlayırdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 477 414 389 356 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.