_OrXaN_

_OrXaN_ Texnologiya 1-08-2016, 16:00

Apple 1 milyardıncı iPhone-nu satdı

Apple 1 milyardıncı iPhone-nu satdı
Apple 1 milyardıncı iPhone-nu satdı

Apple-ın 2011-ci ildə vəfat etmiş keçmiş İcraçı direktoru Stiv Jobs tərəfindən 2007-ci ildə bazara çıxardıldıqdan sonra ağıllı telefon bazarını başdan aşağı dəyişdirən iPhone, ötən doqquz ildə 1 milyarddan çox satılıb.

Apple-ın Kupertino mərkəzində şirkətin işçilərinə müraciət edən İcraçı direktor Tim Kuk, əhəmiyyətli bir məsafəni geridə qoyaraq, 1 milyardıncı iPhone-un istifadəçiyə təqdim olunduğunu söyləyib.

iPhone-un gündəlik həyatın bir hissəsinə çevrildiyinə diqqət çəkən Kuk, alma loqolu ağıllı telefonun dünyanı dəyişdirən bir məhsul olaraq tarixə düşdüyünü bildirib.

Ötən doqquz ildə Apple-ı ABŞ-ın ən böyük şirkəti halına gətirən iPhone, şirkətin kassalarının da nağd pulla dolmasına səbəb olmuşdu.

Apple, 1 milyardıncı telefonu kimin və harada aldığını açıqlamayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
760 742 613 630 697 651

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.