Kənan Heydərov

Kənan Heydərov Maraqlı 21-11-2019, 18:08

Dünyada indiyədək BU QƏDƏR qızıl toplanıb

Dünyada indiyədək BU QƏDƏR qızıl toplanıb

Dünyada indiyə qədər toplanan bütün qızıllar əridilsə, tərəfi 21 metr uzunluğunda olan kub alınar. 

LOADİNG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu hesablamalar Ümumdünya Qızıl Şurası tərəfindən aparılıb.

Məlumata əsasən, 2017-ci ilin sonunda dünyada hasil edilən qızılın ümumi çəkisi 190 040 ton təşkil edib. Bura bütün tarixi qızıl sənət əsərləri də daxildir. Hər il bu miqdara 2,5-3 min ton əlavə olunur.

Təşkilatın analitiklərinin fikrincə, bəşər tarixində hasil edilən qızılın üçdə ikisi 1950-ci ildən sonra yerin altından çıxarılıb.

"Yerüstü" qızılların təxminən yarısından (47,7%) zərgərlik məmulatları hazırlanıb.

Mütəxəssislərin fikrincə, qalan yeraltı ehtiyatlar 54 min ton təşkil edir. 

Son illər qızıl hasilatı artsa da, ekspertlər yaxın 8-10 ildə azalacağını proqnozlaşdırırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
846 827 706 791 840 772

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.