HASANLY

HASANLY İdman 28-11-2019, 15:16

"Qarabağ" İspaniya səfərində

"Qarabağ" İspaniya səfərində
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Loading.Az qol.az-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam klubu İspaniya səfərində qrup lideri "Sevilya"nın qonağı olacaq.

Avroliqanın rekord sayda - 5 qat qalibi olan meydan sahibləri bu matçın aşkar favoritidir. Bakıda keçirilən ilk görüşdə də Əndəlüs təmsilçisi "Qarabağ"dan üstün olub - 3:0. Bununla belə, qrupdan çıxmaq şansının çətinə salan Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qrupun digər oyununda isə APOEL "Dedelanj"ın qonağı olacaq.

Qeyd edək ki, "Qarabağ" və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, "Qarabağ" isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, "Qarabağ" "Sevilya"ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək.

5-ci tur

A qrupu

00:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

00:00. "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr) 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
519 484 494 559 525 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.