Boşandı, ayrıldı, saçlarını kəsdirdi
Məşhur müğənni Mayli Sayrus yaşadığı çətin günləri unutmaq üçün görüntüsünü dəyişdirib.
O, saçlarını qısa kəsdirib. Yeni görünüşünü sosial şəbəkədə paylaşan sənətçiyə izləyicilər də tərif yağdırıb.
Qeyd edək ki, 7 ay evli qaldığı Liam Hemsvort ilə boşandıqdan sonra bloqer Ketlin Karterlə sevgili olan Sayrus onunla da yollarını ayırıb. Hazırda o, uşaqlıq dostu Codi Simpson ilə birlikdədir.







