Tərkibi: 8-10 ədəd blinçik. 500 qr qiymə (zövqə uyğun). 300 qr soyulmuş pomidoru. 150 qr soğan. Duz. İstiot. Zeytun yağı. Yaşıl soğan.
Hazırlanması:
Soğan kiçik-kiçik doğranır. Pomidor çəngəllə əzilir. Tavaya yağ əlavə edilir və soğan qızardılır. Üzərinə qiymə əlavə olunur və 5-7 dəqiqə bişirilir. Sonra pomidor, duz, istiot əlavə olunur və 15-20 dəqiqə bişirilir. İçlik blinçikin ortasına qoyulur. Blinçik yaşıl soğanla boğça kimi bağlanır.