Saçlarınız üçün ən faydalı qidalar

Qəbul etdiyiniz hər qida saçlarınızı içdən qidalandırarkən, daha parlaq və daha sağlam olmasını təmin edər.
Pomidor: Bol miqdarda C vitamini ehtiva edən pomidor, saçlarınızın meydana gəlməsində təməl quruluş daşı olan kolajenin çıxarılmasında təsirli rol oynayar. Ayrıca pomidoru püre halına gətirərək saçlarınıza maska da edə bilərsiniz.
Qoz: E vitamini və Omeqa 3 baxımından çox zəngin bir qida olan qoz, saçlarınızı içdən qidalandırır, daha tez uzanmasını təmin edərkən, saç tellərinin də qalınlaşmasına köməkçi olur.
Kivi: Sağlam saçlara sahib ola bilməniz üçün qəbul etməniz lazım olan C vitamini qaynağı kivi, saçlarınızı içdən qidalandırıb gücləndirərkən, dəri sağlamlığınızı qorunmanızda da sizə köməkçi olur.
Kök: Ehtiva etdiyi B və A vitamini sayəsində var olan saçlarınızı qoruyarkən, yeni saç meydana gəlməsini təmin edər, parlaqlıq və güc qazandırar.
Yumurta: Gündəlik zülal ehtiyacınız üçün gün içərisində axsatmadan qəbul etməniz lazım olan yumurta, eyni zamanda saçlarınız üçün də olduqca lazımlı bir qida.
Göy noxud: Əgər saçlarınız tökülürsə, göy noxud qəbul etməyə daha çox əhəmiyyət verin. Çünki göy noxud bol miqdarda ehtiva etdiyi B vitamini sayəsində saçlarınızın uzanmasını sürətləndirər və oksigenin saç diblərinizə daşınmasını təmin edər.
İspanaq: Saç dərisinin sağlamlığını qorumağa köməkçi ispanaq, kəpək və göbələk kimi saç problemlərinin meydana gəlməsinə maneə törədir.
Brokoli: Bu möcüzəvi tərəvəzin diləsəniz salatını edin, diləsəniz şorbasını. B1 və C vitamini ilə dolu brokoli uzun və sağlam saçlara sahib ola bilməniz üçün ən əhəmiyyətli köməkçiniz.






