Rusiyalı reper azərbaycanlı meyxanaçı ilə duet oxudu - Video

Rusiyanın məşhur reperi Doni Blackstar maraqlı addım atıb.

O, “Youtube” platformasında 6 milyona yaxın baxış yığan azərbaycanlı meyxanaçı Elsəvər Qəmlinin mahnısını bəyənərək onunla virtual duet oxuyub.
Belə ki, 5 il öncə platformaya yerləşdirilən “У моей девушки день рождения” adlı mahnı Doninin diqqətini cəlb edib. O, nəqarət hissəsini götürərək müğənninin mahnısı əsasında rep yazıb və “Youtube”a yerləşdirib.
“Bəzi ifaçılar bu mahnını fərqli təqdim etdilər. Amma mən bəstənin ilk ifaçısı Elsəvər Qəmli ilə əlaqə saxlayıb, mahnıya başqa yöndən yanaşdım. Nəticədə mahnı yüksək keyfiyyətlə işıq üzü gördü” deyə, Doni yazıb.
Mahnı bir neçə saata 10 min dəfə dinlənilib.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 281 350 323 268 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.