HASANLY

HASANLY İdman 7-12-2019, 12:04

"Pis oynasaydıq, "Atletiko"ya qalib gəlməzdik"

"Pis oynasaydıq, "Atletiko"ya qalib gəlməzdik"
"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandasındakı vəziyyət haqda danışıb.
Loading.Az qol.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis onlar üçün mövsümün həlledici hissəsinin olduğunu deyib: "Pis oynasaydıq, Vanda Metropolitanoda "Atletiko"ya qalib gəlməzdik. Bəli, bəzən çox yaxşı oynamadan qalib gəlirsən. Amma bir qayda olaraq La Liqanı qazanan komanda ən yaxşı çıxış edəndir. Mövsümün həll edici hissəsidir. Komanda güclüdür və bunun dəyişməsini istəmirik. Çox tənqiddən sonra iki səfər matçında qalib gəldik. Biz çempionatın lideriyik. Komanda həmişə yaxşı oynamağa çalışır. Bu hərdən alınır, hərdən də yox. Fikrimiz hər zaman ən yaxşı oyunumuzu göstərməkdir".
Qeyd edək ki, "Barselona" La Liqadakı növbəti görüşünü bu gün evdə "Malyorka"ya qarşı keçirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 498 475 353 499 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.