Sadəcə hekayə
Bilirsiz insanı ən çox nə yandırır? Yolunuzla düz gedirsiniz, dümdüz, səkidə, heç kimə, heç nəyə maneçilik törətmədən, sonra bilirsiz nə olur? Bir sürət həvəskarının amansızca qurbanına çevrilirsiniz, o deyirlər ki, olacaqdan qaçış yoxdur filan, axı daha aşağı sürətlə gedə bilərdi, bəlkə də, onda mən ayaqüstə olardım, hal-hazırda dərsə hazırlaşardım, final essayıml bitirərdim, gələn həftə hər kəs kimi imtahanlarımı verərdim, kim bilir, bəlkə də, o çox istədiyim scholarshipi alardım, ama mən bunun yerinə əməliyyata hazırlaşıram, iynələrdən bədənim deşik-deşik olub, hər zaman iyrəndiyim, qaçdığım xəstəxana mühitinin tam ortasında ümidsizcə, sızlaya-sızlaya günlərimin keçməsini gözləyirəm, hər zaman qoruduğum məğrurluğumun yerini indi aciz bir sima alıb, utanıram, ən çox da valideynlərimin gözümün önündə düşdükləri vəziyyəti görmək, atamın heç tanımadığım göz yaşlarının şahidi olmaq, bax bunlar məni sızım-sızım sızladır, bilirsiz səbəb nədir? o maşını sürən oğlan 2cə dəqiqə tələsirmiş və o ikicə dəqiqənin qurbanı olan mən, mənim ailəm,siz deyin indi dəyər o çox həvəskarı olduğunuz sürətlərə?








