Kənan Heydərov

Kənan Heydərov İslam Dini 11-12-2019, 19:48

Duanın faydasını ELM TƏSDİQLƏDİ

Duanın faydasını ELM TƏSDİQLƏDİ
Ailmlər duanın insanlar üçün faydalarından danışıb.

LOADİNG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, duanın insanın psixi vəziyyətinə təsirini araşdıran ABŞ psixiatrı Rob Uitli onun sağlamlığa, eləcə də özünəinama faydasını sübut edib.

Alimlərin fikrincə, duanın xüsusi qaydaları yoxdur. Ucadan ya səssiz, şablon sözlərlə və ya özünəməxsus şəkildə dua etməyin fərqi yoxdur. Bu məsələdə əsas səmimiyyətdir.

Rob bu sahədə bir neçə tədqiqat aparıb.

İlk araşdırmada könüllülər hər gün Allaha dua ediblər Bu qrup insanlarda depressiv hallar azalıb, özünəinam və həyatdan məmnunluq artıb. 

Digər araşdırmada bənzər təcrübə psixiatriya müəssisəsindəki xəstələrin üzərində aparılıb. Tədqiqatın nəticələri təxminən eyni olub. Bəzi könüllülər dualar sayəsində ruhi pozuntulardan xilas olub.

Uitli həmkarlarından və pasiyentlərindən hər gün dua etməyi və nəticələrlə bölüşməyi xahiş edib. Onların əksəriyyəti ümumi vəziyyətlərinin yaxşılaşdığını, depressiyanın azaldığını və həyata münasibətlərinin müsbətə doğru dəyişdiyini bildirib.

Bununla yanaşı, alim qeyd edib ki, dua etmək xüsusilə tənha və cəmiyyətdən təcrid olunmuş insanlar üçün faydalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
761 738 689 584 631 651

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.