Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 12-12-2019, 09:00

Bunlar insanı qocaldır

Bunlar insanı qocaldır
İnsanların qocalma sürəti fərqlidir. Bəziləri daha tez, bəziləri isə daha gec qocalır. İnsanın pasport və bioloji yaşı var.
Bioloji yaşı pasport yaşından daha az və ya daha çox ola bilər.


Bəs insanı qocaldan əsas amillər hansılardır?


LoaDinG.Az xarici KİV-lərinə istinadən bildirir ki, Almaniya alimləri bu mövzuda xüsusi araşdırma aparıblar. Onların müşahidələrinə görə, insanın tez və ya gec qocalması onun genlərindən asılıdır. Lakin bu yalnız genlərdən asılı deyil.
İnsanı qocaldan digər amillər da var:
- hərəkətsizlik
- artıq çəki
- xroniki stress
- qidalı maddələrin (vitamin, minerallar və s.) çatışmazlığı
- siqaret çəkmək
- nəzarət olunmayan və ya pis nəzarət olunan yüksək təzyiq və şəkər
- qanda lipidlərin yüksək səviyyədə olması.
Mütəxəssislər qeyd edir ki, əgər insan bu faktorları aradan qaldıra bilərsə, o, öz yaşından daha cavan görünəcək. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
454 402 407 386 418 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.