Happy =) -10
-Bu yaxınlarda məlum olub ki, Bakıxanov qəsəbəsində yaşayan Əjdərova Natalya Bəybala qızının 10 oğlu var və hamısının adı Seryojadı. “Siz bu Seryojaları biri-birindən nejə ayırırsız” sualına o belə cavab verib: “Mən bu Seryojaları öz atalarının adları ilə çağırıram”.
-Bakının Corat qəsəbəsinin aparıcı alimləri belə bir qənaətə gəliblər ki, əgər hansısa bir elmi təcrübənin nəticəsi varsa, deməli, bu təcrübənin 100% nəvəsi və oğlu olmalıdır.
-Kanadada kütbeyinlər arasında keçirilən dünya çempionatında 1-ci yeri Həbəşistan vətəndaşı tutub. Çünki təşkilatçılar nə qədər çalışsalar da, ona bu yarışın şərtlərini başa sala bilməyiblər.
-Ancaq Azərbaycanda Skype-da “vızov” atırlar.
-Bilik Günü ilə əlaqədar olaraq Bakı məktəblərində \\\\\\\"Mən yayı necə keçirtmişəm?\\\\\\\" mövzusunda inşa yazılıb. Bu inşaların yoxlanılmasından sonra 75 oğurluq və 47 qərəzli xuliqanlıq hadisələrinin üstü açılıb.
-Elza Seyidcahan özunə bəstəkar deyir, yaxşı ki, bu gunu Üzeyir Hacibeyov görmədi.
-Barak gəldi, uçdu getdi Buşlar...
-Dünən Fransanın Strasburq şəhərində AŞPA-nın növbəti iclası keçirilib. Bu dəfə iclas bağlı qapılar arxasında baş tutub. Xoşbəxtlikdən axşama yaxın həmin qapının açarları tapılıb.
-PPX – “Pora Podrobativat Xlebushku”.
-Dünən Lənkəran hava limanında iki narkoman saxlanılıb. Aeroport əməkdaşlarının dediklərinə görə, saxlanılan narkomanlar öz reyslərindən bir saat əvvəl uçuşa başlayıblar.
-Dünən yenicə istifadəyə verilimiş Sumqayıt-Əbu Dəbi körpüsünün 1978-ci km-də Abşeron rayon polis əməkdaşlarının keçirdiyi reyd zamanı “əxlaqsız yuva” aşkar olunub. Həmin yuvada tutulmuş 2 tülkü və 5 porsuq rayon polis idarəsində dindiriliblər.
-2012-ci ildə Azərbaycanda “Eurovision” keçiriləcək. Bir ildən sonra isə dünyada çoxlu balaca azərbaycanlılar doğulacaq.
Bu yaxınlarda ermənilər dünya ictimaiyyətini inandırmağa çalışıblar ki, məhz birinci onlar təkəri icad ediblər.. Heç kim bunla mübahisə etmir, sadəcə olaraq bu vaxtı başqa xalqlar Nüvə fizikasını öyrənirdilər və kosmosa uçurdular..
Polat Alemdar bu şəkli görsə, bir operasyon düzənləyib, bu şəkli fotomontaj edəni tapıb, Abdulheyə şillələdər. Şu şəklin düzəldildiyi internet klubun sahibinə racon kəsər, klubu da Cərrahpaşalıların kafesi kimi darmadağın edər.
Kerrinin platforması
ABŞ-ın yeni dövlət katibi Co Kerri mətbuat konfransı keçirir. Natiq Cavadlı kimi çevik jurnalistlərədn biri soruşur:
- Cənab Kerri, sizin siyasətin əsası nədən ibarət olacaq? Birinci növbədə hansı siyasi güclərlə münasibətlərin sahmana salınmasına çalışacaqsız?
Kerri təmkinlə:
- İlk növbədə Şanxay Əməkdaşlıq Alyansı ilə münasibətləri düzəltmək fikrindəyəm. Gücüm çatsa-hərçənd buna inanmıram-Çingiz Dəmiroğlunun “Ata” bloku ilə də münasibətləri loyallaşdırmaq fikrim var. Hesab edirəm ki, bu qurum olduqca güclüdür və dünyanı yönəltmək istəyən bütün güclər onunla hesablaşmalıdır.






