♔Kraliça♔

♔Kraliça♔ Yumor 24-11-2016, 14:01

Happy =) -15

Happy =) -15
Happy =) -15

Əməliyyatdan əvvəl xəstə həkimdən soruşur:
- Doktor, əməliyyatdan sonra mən fleytada çala biləcəm?
- Sakit olun. Əlbəttə ki, çalacaqsınız.
- Mən heç vaxt fleyta çala bilməmişəm. Siz həqiqətən yaxşı cərrahsınız.

xxx

Xəstə həkimdən soruşur:
- Həkim, düz deyirlər ki, yer kökü görmə qabiliyyətin yaxşılaşdırır?
- Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?

xxx

Həkim xəstəyə deyir:
- İçməsən, ömrünü uzadacaqsan.
- Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.

xxx

Dəlixanada dəlilərə pyes oxudulur. Oxuyub qurtarandan sonra dinləyicilərdən fikirlərini öyrənirlər. Biri ayağa durub deyir: ''Pyes xoşuma gəldi. Ancaq orda personajlar yaman çox idi''.
Bu dəm sanitar içəri girib soruşur: ''Dəlilər, telefon kitabını kim götürüb?''

xxx

Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir: ''Yatmağa uzanandan sonra saymağa başlayın''.
Boksçu:
- Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.

xxx

- Niyə dərman içmirsiz?
- Dadı xoşuma gəlmir.
- Siz dərmanı için, elə hesab edin ki, konyak içirsiz.
- Yaxşısı budur konyak içim, elə hesab edim ki, dərman içirəm.


Xəstə (ümidlə):
- Doktor, mən yaşayacam?
- Həkim (nəzakətlə):
- Sizi ölümdən sonrakı həyat maraqlandırır?
xxx

Həkim xəstəyə iki dərman verir:
- Birini gecə yatmamışdan əvvəl qəbul edin. İkincini səhər - əgər ayılsanız.

xxx

- Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!
- Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.
- Düzdü, doktor. Ancaq adamda ikinci arvad ola bilər.
xxx

Həkim xəstənin yanına gəlib deyir:
- Xəstə, mənim Sizə iki xəbərim var * biri yaxşı, biri pis. Hansından başlayım?
- Doktor, yaxşı xəbərdən başlayın.
- Bu xəstəliyə Sizin adınızı verəcəklər

Bir gün kişi əlində bir spisok məscidə dua etməyə gedir... Sıra ilə deyir: Ay Allah nolar, 1-ci pulum olsun, 2-ci maşınım olsun, 3-cü evim olsun və s. axırda deyir ki, Ay Allahım nolar canımı rahat al... Məsciddən çıxanda ürəyi tutur və deyir: Ay Allah, deyəsən spisoku tərsinə tutmusan ee...

Molladan soruşurlar: Molla rus dilində bilirsən? Molla cavab verir ki, hə. Soruşurlarki rusca bura gəl necə dəyirlər? Molla deyir idi suda. Deyirlərki bəs o yana get necə deyirlər? Molla gülüb deyirki paaah burda çətin nə varki gedərəm o yana yenə də deyərəm idi suda...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
687 754 687 640 655 715

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.