Kənan Heydərov

Kənan Heydərov Maraqlı 14-12-2019, 21:30

Hələ də hər şey kəşf edilməyib: Qırmızı dənizdə 4 yeni ada tapıldı

Hələ də hər şey kəşf edilməyib: Qırmızı dənizdə 4 yeni ada tapıldı
Rusiyanın Qara dəniz donanmasına məxsus "Donuzlav" hidroqraf gəmisinin ekipajı Qırmızı dənizdə dörd naməlum quru parçasını aşkar edib.

LOADİNG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Cənub Hərbi Dairəsinin saytında yerləşdirilib.

Adaların kəşfi 99 günlük ekspedisiya çərçivəsində baş tutub. Ekspedisiya zamanı dənizçilər 5,5 min dəniz milindən çox məsafəni qət ediblər, eləcə də Qara, Aralıq və Qırmızı dənizlərdə sahəsi təxminən 7 min kvadrat kilometr olan akvatoriyanı tədqiq ediblər.

Yeni coğrafi obyektləri kəşf etməklə yanaşı, hidroqraflar üç mərcan adasını da tədqiq ediblər. Bundan əvvəlki tədqiqat 1911-ci ildə baş tutub. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 287 415 337 365 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.