Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 14-12-2019, 09:00

Yuxusuzluğa səbəb olan qidalar

Yuxusuzluğa səbəb olan qidalar
Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən kollecin həkim və cərrahlarının apardıqları təhqiqat nəticəsində məlum olub ki, təmizlənmiş (qənd halına salınmış) karbohidratlar yuxusuzluğa səbəb ola bilər. 

“Nation News” məlumat verir ki, təhqiqat çərçivəsində mütəxəssislər postmenopauza dövründə olan 50 mindən çox qadının qida rasionunu araşdırıblar. Elmi araşdırmaların nəticələrinə əsasən, şəkər, ağ çörək və düyü qanda şəkərin səviyyəsini artırır və bu hal insanda yuxusuzluq yaradır.

Alimlər izah edir ki, qanda şəkərin miqdarını aşağı salmaq cəhdi zamanı orqanizm insulin ixrac edir və bu orqanizmin adrenalin və kortizolu kənara atmasına gətirir. Bu da öz növbəsində, yuxu pozğunluğuna səbəb olur. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 385 397 445 386 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.