Qadın telefonuna baxdıqda ŞOK OLDU - FOTO
ABŞ-ın Texas ştatında ayaqqabı dükanında işləyən Ruz Ballun mobil telefonunda bank hesabını yoxlayarkən həyatının şokunu yaşayıb.

LOADING.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, qadın hesabında 37 milyon dollar gördükdə, ilk öncə bunun Yeni il hədiyyəsi olduğunu düşünüb.
Ruz dərhal yoldaşına xoş xəbəri çatdırıb və onlar "LegacyTexas Bank"la əlaqə saxlayıblar.

Məlum olub ki, həmin məbləq həqiqətən də hesabda mövcuddur, lakin bu, yanlışlıq nəticəsində baş verib. Bank 37 milyon dolları hesabdan çıxarıb.

"Milyonçu idim. Telefonumun ekran görüntüsünü çəkdim. Bu, real bir hekayədir", - deyə Ruz hisslərini bölüşüb.

"Əgər pul həqiqətən sizin olsaydı, nə edərdiniz?" sualına isə belə cavab verib:
"10 faizini vergi olaraq ödəyib, bir hissəsini xeyriyyə işlərinə xərcləyərdim, qalanına da əmlak yatırımı edərdim".

Hadisə barədə məlum olduqdan sonra bir çox ABŞ telekanalları sadə həyat tərzi keçirən Ruz Ballundan müsahibələr alıb.