EmIn MeLeK

EmIn MeLeK Xəbərlər 17-12-2015, 14:35

Gəncədə qız qaçıran gənc binanın damına çıxdı

Gəncədə qız qaçıran gənc binanın damına çıxdı


Bankın binasına çıxan 24 yaşlı gənc özünü atacağını deyir.
Gəncədə həyəcanlı anlar yaşanır. 24 yaşlı gənc özünü binadan atmaq istəyir.

ANS PRESS-in məlumatına görə, Gəncə şəhəri F. Əliyev küçəsində yaşayan 1991-ci il təvəllüdlü Etibar Əsgər oğlu Mustafayev Gəncə şəhərindəki ASAN Xidmətin yanında yerləşən "Rabitə Bank"ın binasının damına çıxıb. O, özünü öldürəcəyi ilə hədələyir. Hadisəyə səbəb Etibar Mustafayevin sevdiyi qızın ona verilməməsi olub.

E.Mustafayev 4 gün əvvəl 1997-ci il təvəllüdlü M.A-nı qaçırıb. Lakin dünən axşam saatlarında qızın qohumları onun evinə gələrək onu aparıblar.

"Düzdür qaçırdığım qızın 18 yaşı hələ tamam olmayıb. Lakin polis bölməsinə qız qaçırdığıma görə aparıldığımda o da məni sevdiyini bildirib. Ancaq buna baxmayaraq ötən gün onun qohumları məni döyərək qızlarını zorla apardılar".

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Etibar Mustafayev isə sevdiyi qız əraziyə gəlməsə binanın damından düşməyəcəyi, özünü atacağını bildirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
668 702 667 559 638 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.