♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 16-08-2016, 15:00

İran “iPhone” idxalına icazə verəcək

İran “iPhone” idxalına icazə verəcək
İran “iPhone” idxalına icazə verəcək

İranın Ticarət Nazirliyi ölkənin Ticarətin Təşviqi Təşkilatına bir neçə şirkətə "iPhone" idxalına başlamağa kömək etməyi və icazə verməyi təklif edib.

Hökumət tərəfindən belə bir qərar qaçaqmalçılıqla mübarizə üçün qəbul edilib.

"Tasnim" informasiya agentliyinin məlumatına əsasən, hazırda ölkədə 40 milyon smartfon istifadəçisi var. Onların böyük hissəsi "iPhone" smartfonlarının payına düşür. Bu cihazların böyük əksəriyyəti ölkəyə qaçaqmalçılar tərəfindən gətirilir.


Ancaq hələlik İran şirkətlərinin ABŞ məhsulunu ölkəyə hansı yolla gətirəcəyi məlum deyil. Belə ki, BMT-nin İrana qarşı sanksiyaları ABŞ-a öz məhsullarını bu ölkədə satmağa icazə vermir. Ancaq 2015-ci ildə "Apple" şirkəti İranın distribyutor şirkəti ilə danışıqlara başlayıb. ABŞ şirkəti ümid edir ki, bu ilin sonuna qədər məhdudiyyətlər aradan qaldırılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
615 580 639 496 634 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.