Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 11-02-2020, 12:08

Sümüklərin sağlamlığını qoruyan 5 MƏHSUL. Tək süd məhsulları deyil!

Sümüklərin sağlamlığını qoruyan 5 MƏHSUL. Tək süd məhsulları deyil!
İnsan yaşlaşdıqca sümük kütləsi əriməyə başlayır. Nəticədə sümüklər daha zəif və məsaməli olur, sümüklərin qırılması riski artır.

Bu proses “osteoporoz” adlandırırlır. Osteoporoz “lal” xəstəlikdir, yəni özünün hər hansı simptomla büruzə vermir. Osteoporozu yalnız müəyyən müayinələrin köməyi ilə aşkar etmək olur.
Bir çox digər xəstəliklər kimi osteoporoz da xeyli cavanlaşıb və artıq orta yaşlı insanlarda da tez-tez aşkar olunur. Bu səbəbdən osteoporozun erkən profilaktikası çox vacibdir. Sümüklərin sağlamlığını qorumaq üçün qidalanmaya bəzi məhsulları əlavə etmək lazımdır. Bu tək kalsiumla zəngin olan məhsullar deyil.
Sitrus meyvələri
Bu meyvələr C vitamini ilə zəngindir. Bu vitamin oynaqların sağlamlığında böyük rol oynayır və həmçinin sümüklərin minerallaşması üçün vacib olan maddələrin əmələ gəlməsində iştirak edir.
Balıq
D vitamini kalsiumun orqanizm tərəfindən sovrulması üçün çox vacibdir. D vitaminin defisiti zamanı kalsium yaxşı sovrulmur və bu da sümüklərin zəiflənməsinə, əriməsinə səbəb olur.
Balıq D vitaminin ən yaxşı mənbəyidir.
Badam
LOADİNG.AZ FoodEatSafe nəşrinə istinadla bildirir ki, badam sümüklərin sağlamlığı üçün vacib olan kalsium, kalium, marqans və E vitamini ilə zəngindir.
Küncüt
Küncüt sümüklərin sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. Küncütün tərkibində olan kalsium süd məhsullarında olan kalsiumdan daha çoxdur. Mütəxəssislər küncütü yeməklərə, salatlara əlavə etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, küncütün qızardılması zamanı onun faydası azalır.
Göyərti və kələm
Bu məhsullar K vitamini ilə zəngindir. K vitamini isə kalsiumla birlikdə sümüklərin sıxlığını artırır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 438 408 435 418 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.