Keflərindən qalmayan məşhurların koronavirus qorxuları- FOTOLAR
Bütün dünyanı qorxuya salan koronavirus təkcə adi insanları deyil, məşhurları da həyəcanlandırır. Hər gün məşhurlarla bağlı yazılan xəbərlərdə onların da bu virusdan qorunmaq üçün xüsusi tədbirlər gördüyünün şahidi oluruq. Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejim tətbiq olunub və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub.
big.az xəbər verir ki, bütün vətəndaşlar kimi məşhurlar da bu virusdan qorunmaq üçün profilaktik tədbirlər həyata keçirirlər. Sənət adamları post paylaşaraq bu qərara riayət etdiklərini bəyan edirlər.
Koronavirusdan qorunan məşhurlar istirahətlərindən də qalmırlar. Belə ki, bir sıra məşhur dostları ilə bir yerə toplaşıb dincələrkən görüntüləniblər. Məkanlar saat 21:00-dan sonra fəaliyyətini davam etdirmədiyinə görə bəziləri evlərində istirahət etməyə üstünlük verirlər. Xalq artisti Röya Ayxan instaqram hesabında həmkarı Sevda Yahyayeva, Zamiq və digər dostları ilə birlikdə olduğu fotonu paylaşıb. Şəkildə bütün dostların maska geyindiyi diqqət çəkib. Eyni görüntüyə müğənni Gülay Zeynallının paylaşımında da rast gələ bilərik. Müğənni rəfiqələri ilə birlikdə məkanların birində çəkdirdiyi fotoya "Qızlar inshallah öpüşüb görüşmək ümidi ilə" şərhini yazıb.
Fotolara izləyicilər də biganə qalmayıb. Məşhurların izləyici kütləsi sözügedən fotoları bəyənərək şərhlər yazıblar.